FHN əməkdaşı beynəlxalq turnirin qalibi oldu - FOTO

FHN əməkdaşı beynəlxalq turnirin qalibi oldu - FOTO
22:33 12 May 2017
111 İdman
Ölkə mətbuatı
A- A+

Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş pauerliftinq üzrə beynəlxalq yarış keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, yarışda nazirliyin idman-sağlamlıq klubunu təmsil edən Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov iştirak edib. O, üç hərəkətin cəmində 600 kiloqram nəticə göstərərək öz şəxsi rekordunu yeniləyib və birinci yerə çıxaraq çempion adını qazanıb.

İdmançını gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev, Dünya Pauerliftinq Federasiyasının (WPC) prezidenti Marks Smit və yığma komandanın baş məşqçisi Şəmsi Bayramov təbrik edərək uğurlar arzulayıblar.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/198586.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR