Bakının mərkəzində ağacı deşib içərisinə benzin tökdülər - VİDEO

Bakının mərkəzində ağacı deşib içərisinə benzin tökdülər - VİDEO
22:52 12 May 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Nadir və nəsli kəsilməkdə olan, adı "Qırmızı Kitab"a daxil edilən çinar ağacı məhv edirlər. Ağacın məhv edilməsi üçün gövdəsində deşik açıblar. Hələ bu azmış kimi həmin deşiklərə ağacın qurumasını təmin edəcək maye də töküblər.

Söhbət paytaxtın Səbayıl rayonu Nizami küçəsində, Fəvvarələr meydanında olan xan çinarından gedir. Milli.Az bildirir ki, ağac kim və ya kimlərsə tərəfindən belə qəddarcasına məhv edilir. Ağacın gövdəsinin deşilməsi isə artıq yavaş-yavaş öz nəticəsini verməyə başlayıb. Yarpaqları solan ağac qurumağa doğru gedir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə məsələ ilə bağlı artıq araşdırmalara başlayıb. Nazirlikdən bildirilib ki, həmin ərazidə çoxillik xüsusi görkəmə malik xan çinarı məqsədli şəkildə müxtəlif üsullarla qurudulmağa çalışılır. Bu hadisəni törədənlərin cəzalandırılması istiqamətində iş aparılır.

Nazirliyin sektor müdiri Fəxrəddin İsgəndərovun sözlərinə görə, ağacın qurumaması istiqamətində də işlər görülür. Əgər ağacın quruması öz təsdiqini taparsa, bu zaman yaşıllığa dəymiş ziyana görə hadisəni törədən şəxs əlavə 2500 manat cərimə olunacaq. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakının mərkəzində ağacı deşib içərisinə benzin tökdülər


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/544233.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR