Fərdi şəkildə hazırlaşdı, 690 bal topladı, amma ikinci imtahanda da iştirak edəcək - VİDEO

Fərdi şəkildə hazırlaşdı, 690 bal topladı, amma ikinci imtahanda da iştirak edəcək - VİDEO
22:52 12 May 2017
699 Ölkə
Ölkə mətbuatı
A- A+

Heç bir hazırlıq kursuna və repetitor yanına getmədən qəbul imtahanlarında 690 bal topladı.

Milli.Az bildirir ki, Yadulla Həsənli Sabirabadın Nəsimi kənd orta məktəbinin 11-ci sinifində təhsil alır. O, bu ilin aprel ayında keçirilmiş II ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərib.

Yadulla kənd məktəbində oxumasına baxmayaraq, bu vaxta qədər heç bir repetitor yanına getməyib. Müəllimlərin verdiyi tapşırıqları yerinə yetirərək bu nəticəni əldə edib.Yadulla 2-ci imtahanda da iştirak edib maksimal nəticəyə nail olmaq istəyir.
Yadullanın uğuruna sevinən valideynləri və sinif yoldaşları onun əzmkar və çalışqan bir şagird olduğunu deyirlər.

İndi Yadulla Həsənli dərslərinə daha böyük həvəslə çalışır ki, növbəti imtahanda 700 bal toplasın. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Fərdi şəkildə hazırlaşdı, 690 bal topladı: Yadulla bununla da razılaşmır, ikinci imtahanda da iştirak edəcək


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/544232.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR