Lerik Rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb

Lerik Rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb
23:12 12 May 2017
202 Ölkə
Ölkə mətbuatı
A- A+

Lerik. 12 may. REPORT.AZ/ Lerik rayon Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad edilib.

"Report"un Cənub bürosunun məlumatına görə, şöbə müdiri Balaşirin Nəsirov işdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən çıxarılıb.

Məlumatda bildirilir ki, B.Nəsirovun adı korrupsiyada hallandığı üçün bir müddət əvvəl Təhsil Şöbəsinə yoxlama komissiyası gəlib.

Qeyd edək ki, B.Nəsirov işdən çıxarılaraq rayonun Mastaail kəndinə rus dili müəllimi təyin edilib.


Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/lerik-rayon-tehsil-sobesinin-mudiri-isden-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR