Almaniyada partiyalar arasındakı mübarizə gərginləşir -

14 mayda Almaniyanın əhalisinə və miqrant sayına görə ən böyük vilayəti olan Şimali Reyn-Vestfaliyada seçkilər keçiriləcək.

Son anketlərin nəticələrinə görə, Angela Merkelin başçılıq etdiyi Xristian Demokrat İttifaqı (CDU) və Martin Şulçun rəhbəri olduğu Sosial Demokratlar Partiyası (SPD) arasında fərq cəmi 1 faizdir. CDU-nun səslərin 32, SPD-nin isə 31 faizini toplayacağı gözlənilir.

Qeyd edək ki, 26 martda Saarlandda və 7 mayda Şlezviq-Qolşteyndə keçirilən parlament seçkilərində Merkelin partiyası qələbə çalıb. Şimali Reyn-Vestfaliyada da qalib gələn tərəf CDU olarsa, böyük ümidlərlə kanslerliyə namizədliyini irəli sürən Martin Şulç liderliyindəki SPD ardıcıl üçüncü dəfə seçkilərdə məğlubiyyətlə barışacaq.

Qeyd edək ki, Almaniyada ümumi federal seçki sentyabrın 24-də keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR