"Vikiliks" MKİ-ni növbəti dəfə ifşa etdi - MƏXFİ SƏNƏDLƏR

"Vikiliks" MKİ-ni növbəti dəfə ifşa etdi - MƏXFİ SƏNƏDLƏR
23:18 12 May 2017
111 Dünya
Ölkə mətbuatı
A- A+

Məşhur "Vikiliks" təşkilatı “Vault 7” nəşrlər seriyası çərçivəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məxfi sənədlərinin növbəti hissəsini dərc edib.

Publika.az xəbər verir ki, sənədlərdə MKİ tərəfindən istifadə edilən kibercasusların iki alətindən danışılır.

"Vikiliks" bundan əvvəl – mayın 5-də MKİ-nin “Arximed" adlı texnologiyasının təsvirini dərc edib.

Qeyd edək ki, “Vikiliks” martın 7-dən “Vault 7” nəşrlər seriyası çərçivəsində MKİ tərəfindən kiberhücumlar üçün tətbiq edilən müxtəlif üsulları haqqında məlumatları dərc etməyə başlayıb. “Dark Matter” (“Tünd materiya”) kimi göstərilmiş MKİ-nin sənədlərinin əvvəlki hissəsi martın 23-də dərc olunub. Martın 31-də dərc edilən “Marble” (“Mərmər”) adlandırılan hissədə 676 fayl var idi. HIVE (“Arı pətəyi”) kimi göstərilmiş əvvəlki hissə aprelin 14-də elan edilmişdi. Aprelin 21-də isə məxfi sənədlərin yeni hissəsi olan “Ağlayan mələk” dərc olunub.

Sənədlərdə qeyd edilir ki, MKİ Apple cihazlarında “kök atmaq” üçün eyni zaman bir neçə alətdən istifadə edirmiş. Buraya həmçinin “əməliyyat sisteminin sındırılmasına yönəlmiş EFI/UEFI imkanları və utilitləri” də daxildir. Məxfi sənədlərdən aydın olur ki, CİA “Apple”, “Google” və “Microsoft” istifadəçilərini asanlıqla izləyir. 5 min haker ordusu “Facebook” üzərindən insanlara nəzarət edir. Bu metodun CİA ilə Böyük Britaniya kəşfiyyatı “Mi5” birlikdə yaradıb. Məlumata görə, “Samsung” markalı “smart” televizorlar izlənmə üçün ən yaxşı vasitədir. Televizorun qeydə aldığı səs qeydləri avtomatik olaraq CİA-nın mərkəzinə ötürülür.

MKİ-nin haker proqramlarının hazırlamasında Britaniyanın əks-kəşfiyyat xidməti (Mİ5) ilə əməkdaşlıq etdiyi bildirilir.

Qeyd edək ki, “Vikiliks” mənbələrini açıqlamadan müxtəlif xarakterin məxfi sənədlərin internetdə dərci üzrə ixtisaslaşan beynəlxalq qeyri-kommersiya təşkilatıdır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198589.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR