""Sevilya" "Real"ını İspaniya çempionu titulundan məhrum edə bilər"

""Sevilya" "Real"ını İspaniya çempionu titulundan məhrum edə bilər"
00:05 13 May 2017
119 İdman
Ölkə mətbuatı
A- A+

"Sevilya"nın sabiq baş məşqçisi Xoakin Kaparros La Liqanın 37-ci turunda Əndəlus təmsilçisinin "Real"la oyunu ilə bağlı danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəsis bunları deyib:

"Sevilya" Madrid "Real"ını İspaniya çempionu titulundan məhrum edə bilər. Söhbət güclü komandadan gedir. Əndəlus klubu evdə istənilən rəqibi məğlub etməyə qadirdir. "Valensiya" və digər komandalar da bunu ediblər. Futbolda mübarizə aparmaq lazımdır. Sözsüz, "Real" uğurlu mövsüm keçirir və nə üçün mübarizə apardığının fərqindədir. Amma "Sevilya"nın səviyyəsi də şübhə doğurmur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR