Tramp işdən qovduğu FBI rəhbərini təhdid etdi:

Donald Tramp işdən azad etdiyi Federal Təhqiqatlar Bürosunun (FBI) rəhbəri Ceyms Komiyə "Twitter" vasitəsilə xəbərdarlıq edib.

Metbuat.az-ın məlumatına görə, ABŞ prezidenti Komini təhdid edib: "Ceyms Komi mediaya sənədləri ötürməmişdən öncə dua etsin ki, səsyazılarımız ortaya çıxmasın".

Komi ilə birlikdə süfrə başına oturan Tramp yemək zamanı FBI rəhbərinin ondan işinə son verməməsini istədiyini bildirib.

Trampın Ceyms Komi ilə bağlı atdığı tvitlər dünyanın ən məşhur xəbər televiziyalarında "son dəqiqə" başlığı altında yayımlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR