İngiltərə çempionu müəyyənləşdi - VİDEO

İngiltərə çempionu müəyyənləşdi -   VİDEO
01:07 13 May 2017
90 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasında 2016/17 mövsümünün qalibi müəyyənləşib. Fanat.Az xəbər verir ki, "Çelsi" sona iki tur qalmış çempionluğunu elan edib.


London klubu XXXVI turda "Vest Bromviç"i qəbul edib. Mişi Batşuayinin 82-ci dəqiqədə vurduğu qolla qalib gələn "Çelsi" xal hesabını 87-yə yüksəldib. 3 oyunu qalan "Tottenhem"i 10 xal qabaqlayan Antoine Kontenin yetirmələri mövsümün sonunu gözləmədən çempionluğu rəsmiləşdirib.


Qeyd edək ki, "Çelsi" 112 illik tarixi ərzində 6-cı dəfə çempion titulunu qazanıb. Komanda 1955, 2005, 2006, 2010 və 2015-ci illərdə də qızıl medallara sahib çıxıb.



Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ngiltr-cempionu-muyynldi-t58046.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR