Çox təhlükəli virus yayılır - FOTO

Çox təhlükəli virus yayılır - FOTO
01:12 13 May 2017
272 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa və Asiyada minlərlə təşkilat əvvəllər bəlli olmayan zərərli kompüter virusudan istifadə edən hakerlərin hücumuna məruz qalıblar.

Milli.Az ABC-yə istinadən bildirir ki, "MalwareHunterTeam" kibertəhlükəsizlik qrupunun ekspertlərinin dediklərinə görə, ən çox zərəri Rusiya və Tayvan çəkib.

Britaniya, İspaniya, İtaliya, Portuqaliya, Almaniya, Türkiyə, Ukrayna, Qazaxıstan, İndoneziya, Vyetnam, Yaponiya və Filippinə də ağır zərər dəyib.

Britaniyanın Milli Səhiyyə Təşkilatının yaydığı məlumata görə, ölkədəki hospitalların kompüter sistemləri faktiki olaraq iflic vəziyyətindədir.

Virus kompüteri bloka salır, blokdan çıxarılmaq üçün bitkoynlarla ödəniş tələb edir.

İlkin məlumatlara görə, kompüterlərə hücum ilk dəfə 2017-ci ilin fevralında yayılmış WCry/WannaCry proqramının modifikasiyası olan "WanaCrypt0r 2.0" virusu vasitəsilə gerçəkləşdirilir.

Bu səbəbdən Microsoft korporasiyası Windows əməliyyat sistemini və şirkətin pulsuz antivirusunu yeniləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/544270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR