Gəncədə BƏDBƏXT HADİSƏ: Uçurumdan yıxıldı...

Gəncədə BƏDBƏXT HADİSƏ: Uçurumdan yıxıldı...
01:33 13 May 2017
161 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə 56 yaşlı kişi avtomobil yolunun kənarındakı uçurumdan yıxılaraq ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında, Gəncə-Daşkəsən yolunun kənarında baş verib.

Belə ki, yol kənarında hərəkət edən yerli sakin 1961-ci il təvəllüdlü Cəfərov Muraz Faqət oğlu ehtiyatsızlıqdan uçurumdan dərəyə yuvarlanıb. Ağır bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib.

Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/198597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR