Göygöldə 4 yaşlı uşağın ölümünün təfərrüatları məlum oldu

Göygöldə 4 yaşlı uşağın ölümünün təfərrüatları məlum olub.

Hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Valideynləri ilə Rusiyanın Rostov şəhərindən kənddə olan nənəsi gilə qonaq gələn, 2013-cü il təvəllüdlü İsgəndərov Ayxan Rauf oğlu həyətdə oynayan zaman top su hovuzuna düşüb. Topu götürmək istəyən balaca suya yıxılıb. Həyətdə heç kəs olmadığından evdəkilər Ayxanın səsi gəlmədiyini görəndə axtarmağa başlayıblar və onu hovuzda boğulduğunu görüblər. Uşaq dərhal xəstəxanaya aparılsa da, öldüyü məlum olub.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır. (APA)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR