Premyer Liqa "Çelsi"nin futbolçusunu mükafatlandırdı

"Çelsi"nin hücumçusu Pedro Rodriqes mükafatlandırılıb.

Metbuat.az-ın məlumatına görə, Premyer Liqa rəhbərliyi ispan forvardın aprelin 30-da "Everton"la matçda vurduğu qolu aprel ayının ən yaxşı qolu seçib.

Sözügedən matç "zadəganlar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Qeyd edək ki, cari mövsümdə Premyer Liqada 32 oyunda meydana çıxan Pedro Rodriqes ümumilikdə 8 dəfə rəqib qapılarına yol tapıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR