Tramp yenidən Ağ Evin rəsmisi Şon Spayserin dəyişdirilməsi barədə düşünür

Tramp yenidən Ağ Evin rəsmisi Şon Spayserin dəyişdirilməsi barədə düşünür
04:22 13 May 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 may. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp yenidən Ağ Evin rəsmi nümayəndəsi Şon Spayserin dəyişdirilməsi barədə düşünür.
"Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" Amerika administrasiyasındakı mənbələrə istinadən yazır.
Mənbənin sözlərinə görə, prezident bununla yanaşı, komandasının yenidən qurulmasının daha böyük imkanlarını nəzərdən keçirir. Tramp hesab edir ki, onun komandasının rabitəyə cavab verən üzvləri FTB-nin sabiq direktoru Ceyms Kominin istefaya göndərilməsi ilə bağlı diskussiyaları dayandıra bilməyiblər.
Bildirilir ki, "Fox News" telekanalındakı müsahibədə Tramp Spayseri "gözəl insan" adlandırıb. Lakin o, mətbuat katibinin bu vəzifədə qalıb-qalmayacağı barədə sualı cavablandırmaqdan imtina edib.
Əvvəllər isə Spayserin bir neçə gün iş yerində olmadığı xəbər verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-yeniden-ag-evin-resmisi-son-spayserin-deyisdirilmesi-barede-dusunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR