Samux sakini özünü bıçaqladı

Samux sakini özünü bıçaqladı
04:44 13 May 2017
205 Digər
Ölkə mətbuatı
A- A+

Samux rayon sakini özünü bıçaqlayaraq ağır xəsarət alıb.

 

Lent.az-ın “report”-a istinadən xəbərinə görə, hadisə gecə saatlarında baş verib. Belə ki, rayonun Aşağı Ağasbəyli kənd sakini, 1991-ci il təvəllüdlü İmanov Rahil Rəfi oğlu ailə münaqişəsi zəminində əsəbləşərək qarın nahiyəsindən özünə bıçaq zərbəsi endirib. Yaralı dərhal yaxınlarının köməyi ilə Samux Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. O, həkimlər tərəfindən əməliyyata alınıb. Həkimlər R. İmanovun vəziyyətini orta-ağır qiymətləndiriblər.

 

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274490

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR