Suriyada koalisiyanın hücumu nəticəsində 5 dinc sakin həlak olub

Suriyada koalisiyanın hücumu nəticəsində 5 dinc sakin həlak olub
05:15 13 May 2017
102 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Suriyanın şərqində Deyr-əz-zor şəhərində ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hava zərbələri nəticəsində 5 dinc sakin həlak olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, koalisiyanın təyyarəli Əl-Kuriya yaşayış məntəqəsində terrorçuların ehtimal olunan mövqelərini bombalayıblar.

Qeyd edək ki, iki gün əvvəl koalisiya qüvvələrinin Suriyanın Əs-Səlahiyə rayonuna hücumu nəticəsində 4-ü uşaq olmaqla, azı 11 dinc sakin həlak olub.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2753326.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR