ABŞ polisi cinayətkar dəstələrin 1378 üzvünü həbs edib

ABŞ polisi cinayətkar dəstələrin 1378 üzvünü həbs edib
05:17 13 May 2017
178 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 may. REPORT.AZ/ ABŞ-ın İmmiqrasiya və Gömrük polisi (İCE) son 6 həftə ərzində cinayətkar dəstələrə qarşı keçirdiyi irimiqyaslı əməliyyat çərçivəsində 1378 nəfəri həbs edib.
"Report"un məlumatına görə, bu barədə "BBC" xəbər verib.
Məlumata görə, 1095 nəfər cinayətkar qruplaşmanın üzvü kimi tanınıb. Daha 238 nəfər müxtəlif cinayət və administrativ işlərə görə həbs edilib.
Həbs edilənlərin 900 nəfərdən çoxu ABŞ vətəndaşlarıdır. Polis əməkdaşları həmçinin 238 ədəd silah və qiyməti demək olar, yarım milyon dollara yaxın olan 270 kiloqrama qədər narkotik götürüblər.
İlkin məlumata görə, həbs edilənlər Los-Anceles, həmçinin Salvador və Meksikanın bir neçə cinayətkar dəstəsinin üzvləri olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-polisi-kriminal-destelerin-1300-den-cox-uzvunu-hebs-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR