ABŞ-da silahlı şəxs polis rəisini və daha 2 nəfəri güllələyib

ABŞ-da silahlı şəxs polis rəisini və daha 2 nəfəri güllələyib
05:42 13 May 2017
183 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 may. REPORT.AZ/ ABŞ-da silahlı şəxs polis rəisini və daha iki şəxsi güllələyib.
"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə Ohayo ştatında qeydə alınıb. Belə ki, silahlı kişi Kirkersville şəhərində yeni polis rəisini və qocalar evinin daha 2 əməkdaşını güllələyib.
Silahlı şəxsin özü daha sonra qocalar evində ölmüş vəziyyətdə tapılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin səbəblərini araşdırır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-silahli-sexs-polis-reisini-ve-daha-2-neferi-gulleleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR