Bu futbolçular "Qalatasaray"dan gedir - SİYAHI

Bu futbolçular "Qalatasaray"dan gedir - SİYAHI
05:58 13 May 2017
137 İdman
Ölkə mətbuatı
A- A+

Bu yay "Qalatasaray"ı tərk edəcək 4 futbolçunun kimliyi müəyyənləşib.

Publika.az xəbər verir ki, bu barədə məlumat yayan yerli mətbuat həmin futbolçuların adlarının baş məşqçi İqor Tüdor tərəfindən rəhbərliyə təqdim olunduğunu iddia edir.

İddiaya görə, xorvat mütəxəssis Sinan Gümüş, Luis Pedro Kavanda, Nigel de Yonq və Koray Günterin komandada qalmasını istəmir. Amma bu İqor Tüdorun özünün komandadakı gələcəyinə bağlıdı. Baş məşqçi özü komandada qalsa, adıçəkilən futbolçular yola salınacaq.

Qeyd edək ki, "Qalatasaray" Luis Pedro Kavandanı"Trabzonspor"dan 1.8, Koray Günteri Dortmund "Borussiya"sından 2.5 milyon avroya alıb. Sinan Gümüşün "Ştutqart"dan, Nigel de Yonqun isə "Los Anceles Qalaksi"dən keçidi pulsuz başa gəlib. (Fanat.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/198602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR