İndoneziyada 15 metrlik naməlum dəniz heyvanı tapılıb

İndoneziyada 15 metrlik naməlum dəniz heyvanı tapılıb
06:42 13 May 2017
126 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bakı. 13 may. REPORT.AZ/ İndoneziyanın cənubunda, dəniz  sahilində elmə bu günədək məlum olmayan ölmüş nəhəng heyvan tapılıb.
"Report"un məlumatına görə, bu barədə "The Daily Mirror" xəbər verib.
Xəbərdə bildirilir ki, naməlum heyvanı Sera adası sahillərində, Maluku vilayətində 37 yaşlı Arsul Tuanokota müəyyən edib. Şahidlər ehtimal edirlər ki, uzunluğu 15 metr olan heyvan donqar balinaya aid ola bilər.
Yerli sakinlər hakimiyyət orqanlarına müraciət edərək xoşagəlməz iy verən dəniz "əjdaha"sını çimərlikdən aparmağı xahiş ediblər.


Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/i-ndoneziyada-15-metrlik-namelum-heyvan-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR