Snapdragon 630 prosessoru təqdim olundu

Snapdragon 630 prosessoru təqdim olundu
07:37 13 May 2017
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "Qualcomm" şirkəti orta səviyyəli smartfonlarda istifadə üçün nəzərdə tutulan 14 nanometrlik "Snapdragon 630" prosessorunu təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, modelin əsasını 64 bitlik arxitekturanı dəstəkləyən səkkiz "ARM Cortex-A53" hesablama nüvəsi təşkil edir. Onlar hər biri dörd ədəd olmaqla 1,8 və 2,2 giqahers takt tezlikli blokda birləşib. İstehsalçı nümayəndələrinin sözlərinə görə, yeni qurğu "Snapdragon 626" çipindən 30 faiz güclüdür. "Adreno 508" qrafik kontrollerinin və "X12 LTE" mobil modeminin quraşdırıldığı kristal əsaslı sistemdə məlumatların yüklənmə sürəti 600 Mbit/saniyə təşkil edir.  

Bildirilir ki, prosessor 8 giqabayt tutumlu "LPDDR4-1333" formatlı operativ yaddaşla işləyir. "Snapdragon 630" ilə təchiz edilən smartfonlarda 1920x1200 piksel təsvir ölçüsündə ekrandan və 24 meqapikselli kameradan istifadə mümkündür. Həmçinin, "Wi-Fi 802.11ac", "802.11n", "802.11a/b/g", "Bluetooth 5.0" və "NFC" texnologiyaları dəstəklənir. Bundan əlavə, yeni prosessor "GPS", "GLONASS", "Beidou" və "Galileo" naviqasiya sistemləri ilə uyğunluq təşkil edir.

"Qualcomm Snapdragon 630" prosessorunun tədarükünə cari rübün sonunadək başlamaq nəzərdə tutulur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/543756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR