BMT-nin 5 sülhməramlısı öldürüldü

BMT-nin 5 sülhməramlısı öldürüldü
07:43 13 May 2017
114 Dünya
Ölkə mətbuatı
A- A+

Mərkəzi Afrika Respublikasında BMT-nin 5 sülhməramlısı öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Dyujarrik məlumat verib.

Qeyd edək ki, ilkin məlumatda naməlum silahlıların BMT-nin bu ölkədəki missiyasının (MINUSCA) konvoyuna hücumu zamanı 4 nəfərin öldürüldüyü bildirilirdi. Mərakeşdən olan daha 1 hərbi qulluqçu isə itkin düşüb. Dyujarrikin jurnalistlərə verdiyi məlumata görə, itkin düşmüş hərbçinin cəsədi tapılıb və Banqi şəhərinə aparılıb.

Qeyd edək ki, Yoqofonqo şəhərində baş vermiş hücum "Antibalaka" xristian silahlı üsyançıları tərəfindən təşkil edilib. Hərbçilərlə atışma zamanı onlardan 8-i məhv edilib. (Report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR