Google Chrome işlədənlərin nəzərinə...

Google Chrome işlədənlərin nəzərinə...
07:52 13 May 2017
Ölkə mətbuatı
A- A+

Ötən həftə "Microsoft" şirkəti "Microsoft EDU" konfransında yeni "Windows 10 S" əməliyyat sistemini təqdim edib. "Windows 10" sisteminin bu versiyasının özəlliklərindən biri yalnız "Windows Store" mağazasından yüklənilən proqramların dəstəklənməsi olub. Proqram nəhəngi tədbir çərçivəsində məlumat verib ki,  "Google" və "Mozilla" şirkətləri öz brauzerlərini "Windows Store" tətbiqlər mağazasında yerləşdirə bilərlər. Ancaq sonra məlum olub ki,  tətbiqlər mağazasının siyasətinə görə, adı çəkilən şirkətlər bunu edə bilməyəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Windows Store" tətbiqlər mağazasının tələbinə əsasən brauzerlər universal "Windows" platformasının müvafiq mühərrikindən ("EdgeHTML") istifadə etməlidirlər. Eyni zamanda "Chromium" mühərrikindən istifadə edən "Google Chrome" brauzeri heç vaxt sözügedən tətbiqlər mağazasında yerləşdirilə bilməz. Bu haqda "Twitter"də "Google Chrome" brauzerinin tərtibatçılarından biri məlumat verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/543758.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR