Bakı-2017: 6-cı günün TƏQVİMİ

Bakı-2017: 6-cı günün TƏQVİMİ
08:01 13 May 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı-2017 IV İslam Hərməyliyi Oyunları davam edir.

Trend-in məlumatına görə, Oyunların 6-cı günündə 46-49, 56, 64 və 81 kq çəki dərəcələrində mübarizə aparan kişi boksçuların yarışına start veriləcək.

Azərbaycanı 49 kq çəki dərəcəsində Rüfət Hüseynov, 56 kq-da Tayfur Əliyev, 64 kq-da Elvin İsayev, 81 kq-da isə Rauf Rəhimov təmsil edəcəklər.

12:00 - 15:15

Kişilər - birinci ən yüngül çəki (46-49 kq)

Kişilər - yüngül yarım-orta çəki (64 kq)

18:00 - 20:45

Kişilər - yarım-yüngül çəki (56 kq)

Kişilər - yarım-ağır çəki (81 kq)

Bu gün idman gimnastikası yarışında təsnifat mərhələləri də keçiriləcək.

Azərbaycanı kişi gimnastların yarışında Murad Ağarzayev, Bense Talas və Timur Bayramov, qadınların yarışında isə Marina Nekrasova, Yuliya İnşina və Yekaterina Tişkova təmsil edəcəklər.

09:00 - 13:00

Kişilər sərbəst hərəkətlər - Təsnifat mərhələsi

Qadınlar dayaqla tullanma - Təsnifat mərhələsi

Kişilər paralel qollar - Təsnifat mərhələsi

Kişilər halqalar - Təsnifat mərhələsi

Qadınlar müxtəlif hündürlüklü qollar - Təsnifat mərhələsi

Oyunların 6-cı günündə bədii gimnastların mübarizəsi davam edəcək.

Azərbaycanı yarışlarda Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirova təmsil edir.

18:30 - 20:45

Qadınlar gürzlər - Təsnifat mərhələsi

Qadınlar lent - Təsnifat mərhələsi

Qadınlar komanda - Medal mərasimi

Qadınların həndbol yarışında isə millimiz yarımfinalda Özbəkistanla qarşılaşacaq.

09:00 - 10:35

Qadınlar komanda 1-ci yarımfinal (Azərbaycan-Özbəkistan)

11:15 - 12:50

Kişilər komanda 1-ci yarımfinal (Səudiyyə Ərəbistanı - İraq)

13:30 - 15:05

Qadınlar komanda 2-ci yarımfinal (Türkiyə - Kamerun)

15:45 - 17:20

Kişilər komanda 2-ci yarımfinal (Türkiyə - Əlcəzair)

Bu gün, həmçinin cüdo yarışlarına start veriləcək.

Kişi cüdoçuların fərdi yarışlarında idmançılarımızdan Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə, (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) mübarizə aparacaq. Komanda yarışlarında isə Rüfət İsmayılov (81 kq) və Uşanqi Kokauri (+100 kq) digər cüdoçularımızla birgə yarışacaq. Qadınlardan Aişə Qurbanlı, Erdenebat Bazarraqça (hər ikisi 48 kq), Nəzakət Əzizova (52 kq), Kifayət Qasımova, Munxtsedev İçinxorlu (hər ikisi 57 kq), Xanım Hüseynova (63 kq) və İrina Kindzerska (+78 kq) tatami üzərinə çıxacaq. Daha iki cüdoçu - Purevsuren Buyanxişiq (52 kq) və Gülsədəf Kərimova (70 kq) Azərbaycanı qadınların komanda yarışlarında təmsil edəcək.

10:00 - 14:02

Qadınlar -48 kq

Qadınlar -52 kq

Qadınlar -57 kq

Kişilər -60 kq

Qadınlar -63 kq

Kişilər -66 kq

Kişilər -73 kq

Qadınlar -57 kq paracüdo

Qadınlar -70 kq paracüdo

18:00 - 20:43

Qadınlar -48 kq

Qadınlar -52 kq

Qadınlar -57 kq

Kişilər -60 kq

Qadınlar -63 kq

Kişilər -66 kq

Kişilər -73 kq

Qadınlar -57 kq paracüdo

Qadınlar -70 kq paracüdo

Oyunların 6-cı günündə karateçilər də mübarizəyə qoşulacaq. IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı 12 karateçi - qadınların kumite yarışında Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq), Fəridə Əliyeva (+68 kq), kişilərin yarışında Firdovsi Fərzəliyev (-60 kq), Niyazi Əliyev (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq), Asiman Qurbanlı (+84 kq), katada qadınlardan Neda Rezai, kişi idmançılardan isə Roman Heydərov təmsil edəcək.

10:00 - 13:00

Qadınlar kumite -50 kq

Qadınlar kumite -55 kq

Kişilər kumite -60 kq

Qadınlar kumite -61 kq

Kişilər kumite -67 kq

Kişilər kumite -75 kq

18:00 - 21:06

Qadınlar kumite -50 kq

Qadınlar kumite -55 kq

Kişilər kumite -60 kq

Qadınlar kumite -61 kq

Kişilər kumite -67 kq

Kişilər kumite -75 kq

Atıcılıq yarışında isə kişilər və qadınlar 10 m pnevmatik tüfənglə, tapança ilə atəş, eləcə də səngər stendi üzrə təsnifat və final mərhələsi keçiriləcək.

09:00 - 18:00

Kişilər 10 m pnevmatik tüfənglə atəş - Final

Kişilər 10 m pnevmatik tüfənglə atəş - Təsnifat mərhələsi

Kişilər 10 m pnevmatik tüfənglə atəş - Medal mərasimi

Qadınlar 10 m pnevmatik tüfənglə atəş - Final

Qadınlar 10 m pnevmatik tüfənglə atəş - Təsnifat mərhələsi

Qadınlar 10 m pnevmatik tüfənglə atəş - Medal mərasimi

Qadınlar 25 m tapanca ilə atəş - Təsnifat mərhələsi

Kişilər 25 m tapancadan mərkəzə atış - Təsnifat mərhələsi

Kişilər 25 m tapancadan mərkəzə atış - Medal mərasimi

Qadınlar səngər stendi - Final

Qadınlar səngər stendi - Təsnifat mərhələsi

Qadınlar səngər stendi - Medal mərasimi

Kişi üzgüçülər 400 m sərbəst, 100 m batterflay, 50 m brass, 200 m arxa üstə və 4X100 m sərbəst estafet, qadınlar isə 800 m sərbəst, 200 m fərdi kompleks, 50 m brass, 100 m arxa üstə və 200 m fərdi kompleks üsulunda güclərini sınayacaqlar.

10:00 - 11:21

Kişilər 400 m sərbəst

Qadınlar 800 m sərbəst

Kişilər 100 m batterflay (delfin)

Qadınlar 200 m fərdi kompleks

17:00 - 19:27

Kişilər 400 m sərbəst

Qadınlar 800 m sərbəst

Kişilər 100 m batterflay (delfin)

Kişilər 50 m brass

Qadınlar 50 m brass

Qadınlar 100 m arxa üstə

Kişilər 200 m arxa üstə

Qadınlar 200 m fərdi kompleks

Kişilər 4X100 m sərbəst estafet

Bundan başqa, tennis yarışında seçmə mərhələyə başlanılacaq:

10:00 - 19:00

Kişilər komanda A qrupu seçmə mərhələ

Kişilər komanda B qrupu seçmə mərhələ

Qadınlar komanda A qrupu seçmə mərhələ

Voleybol turnirinin 3-cü günündə qadınlardan ibarət millimiz Tacikistan, kişi idmançılardan ibarət komandamız isə Türkiyə ilə qarşılaşacaq.

10:00 - 12:30

Kişilər komanda qrup oyunu A3 (Türkmənistan - Fələstin)

19:00 - 21:30

Qadınlar komanda qrup oyunu A3 (Azərbaycan - Tacikistan)

21:30 - 23:59

Kişilər komanda qrup oyunu A4 (Azərbaycan - Türkiyə)

Su polosu yarışında Azərbaycan İranla üz-üzə gələcək.

16:30 - 17:30

Kişilər komanda qrup oyunu A4-A5 (Türkiyə - İndoneziya)

18:00 - 19:00

Kişilər komanda qrup oyunu A1-A2 (Azərbaycan - İran)

Ağır atletikada qadınlar (48 və 53 kq) və kişilərin mübarizəsinə start veriləcək (56 kq). Azərbaycan yığma komandası yarışa tam heyətlə – 16 nəfərlə (8 qadın və 8 kişi) qatılıb.

Vaxt cədvəlinə əsasən 13-17 tarixlərində yarışlara hər gün saat 12:00-da start veriləcək. Mayın 14-də iki, digər günlərdə isə üç qrupda (çəkidə) qaliblər müəyyən ediləcək.

İslam Oyunlarında ağır atletika yarışlarına çəkisi 56 kq-a qədər olan kişilər start verəcək. Bu çəkidə Azərbaycan yığma komandasının bir üzvü – Elmar Alıyev medal mübarizəsinə qoşulacaq.

12:00 - 18:00

Qadınlar 48 kq

Qadınlar 53 kq

Kişilər 56 kq

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2753161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR