“Xiaomi” tuman istehsal edəcək

“Xiaomi” tuman istehsal edəcək
08:05 13 May 2017
Ölkə mətbuatı
A- A+

Çinin "Xiaomi" şirkətinin fəliyyəti ilə tanış olanlar üçün bu şirkətin tuman istehsal etməsi heç də sürpriz olmayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, məhsul "Cottonsmith Underwear" adını alıb. Hazırda "Xiaomi" tumanları üçün MİJİA kraudfandinq meydançasında vəsait toplanılmasına başlanılıb.
 
"Xiaomi Cottonsmith Underwear" tumanında "Wicking Windows" texnologiyasından istifadə edilir ki, bu texnologiya effektiv olaraq nəmi adi tumanlardan 40 faiz tez çəkir və onu buxarlandırır.
 
Tumanlar kişi və qadınlar üçün olan variantda hazırlanıb. İstehsalçılar öz seçimini üç rəng variantı və 4 ölçüdə edə bilərlər. Onlar hər birində 2ç ədəd tuman olmaqla bir komplektdə satılacaq. Komplekt özü isə metal qabda təklif ediləcək.   
 
Kişilər üçün nəzərdə tutulmuş komplektin qiyməti 15 dollar, qadınlar üçün isə 10 dollar təşkil edir. "Cottonsmith Underwear"in satışlarına iyunun 190-dan start veriləcək.
 
Qeyd edək ki, "Xiaomi" şirkəti elan edib ki, mayın 18-də Pekində mətbuat konfransı keçirəcək və orada rəsmi olaraq özünün 2017-ci ilin flaqman televizorunu təqdim edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/543766.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR