Rusiyada da 5G internet olacaq

Rusiyada da 5G internet olacaq
08:17 13 May 2017
Ölkə mətbuatı
A- A+

Rusiyanın Rabitə Nazirliyi 2020-ci ildə ölkə ərazisindəki 1 milyon sakini olan şəhərlərdə  5G interneti işə salmağı planlaşdırır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hərçənd Rusiya sakinləri indiki şəbəkədən də razıdırlar və onun fəaliyyətindən demək olar ki, heç kəs narazılıq etmir.
 
5G şəbəkəsi daha keyfiyyətlə işləyir və onu 8-9 Gbit/saniyə həcmində yaratmağı planlaşdırırlar ki, öz növbəsində o da indiki rəqəmlərdən onlarla dəfə üstələyir.

"Tele 2" mobil şəbəkəsinin əməkdaşları qeyd edirlər ki, gələcəkdə 5G internet rabitəsinin yaradılması onun 4 ildən tez istifadə edilməsinə imkan verməyəcək. Bir çox hallarda olduğu kimi, mobil rabitə şəbəkəsi növbəti mərhələyə hər on ildən bir çata bilir.
 
Qeyd etmək lazımdır ki, mətbuatda tez bir zamanda Yaponiyada 5G şəbəkəsinin işə salınacağı ilə bağlı məlumatlar yayılıb. Belə bir məlumatı NTT mobil şəbəkəsinin əməkdaşları veriblər. İstisna deyil ki, yeni tərtib edilən şəbəkə 4G şəbəkəsindən 1000 dəfə çox sürətə malik olacaq. Belə bir şəbəkənin işə salınması zəif internetin yox olmasında olduqca əhəmiyyətli rol oynamalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/543767.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR