Samux sakini özünü bıçaqlayıb

Samux sakini özünü bıçaqlayıb
08:32 13 May 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Samux rayon sakini özünü bıçaqlayaraq ağır xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə gecə saatlarında baş verib.
Belə ki, rayonun Aşağı Ağasbəyli kənd sakini, 1991-ci il təvəllüdlü İmanov Rahil Rəfi oğlu ailə münaqişəsi zəminində əsəbləşərək qarın nahiyəsindən özünə bıçaq zərbəsi endirib. Yaralı dərhal yaxınlarının köməyi ilə Samux Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
O, həkimlər tərəfindən əməliyyata alınıb. Həkimlər R. İmanovun vəziyyətini orta-ağır qiymətləndiriblər.
Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/544279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR