“Windows 10” 500 milyon cihaza yüklənib

“Windows 10” 500 milyon cihaza yüklənib
08:37 13 May 2017
Ölkə mətbuatı
A- A+

"Microsoft" şirkəti bəyan edib ki, hazırda "Windows 10" əməliyyat sistemi 500 milyondan artıq masaüstü kompüterlərə yüklənib.

İKT.lent.az-ın "ixbt.com" saytına istinadən verdiyi məlumata görə, 400 milyon ədəd masaüstü kompüterə yüklənmə bəndi ötən ilin sentyabr ayında adlanıb. Hazırda isə bu tempin qiymətləndirilməsi ancaq "Microsoft"un özünün proqnozları ilə mümkündür.  

Xatırladaq ki, bundan öncə şirkət iddia edirdi ki, 2018-ci ilə qədər "Windows 10" 1 milyard ədəd cihaza yüklənəcək. Ancaq sonradan real göstəricilərə nəzər yetirərək etiraf edib ki, yeni əməliyyat sisteminin yayılma tempi "Microsoft"un istədiyindən o qədər də yüksək deyil.

"StatCounter" analitik şirkətinin son məlumatlarına əsasən, "Windows 10" populyarlığına görə "Windows 7" əməliyyat sistemindən sonra ikinci yerdədir. Əgər yeni əməliyyat sistemi "Windows" bazarının 25,41 faiz payına malikdirsə, o zaman "Windows 7" hələ də əməliyyat bazarının 50,51 faizinə bərabərdir ki, bu da müsbət göstəricidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/543769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR