Lənkəranda anasının vəfat etməsinə dözə bilməyən 38 yaşlı şəxs intihara cəhd edib

Lənkəranda anasının vəfat etməsinə dözə bilməyən 38 yaşlı şəxs intihara cəhd edib
08:47 13 May 2017
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran. 13 may. REPORT.AZ/ Lənkəran rayonunda intihara cəhd hadisəsi baş verib.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 47-də qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü İbadov Seymur Səfər oğlu yaşadığı evdə özünü asaraq intihara cəhd edib. O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdirilib. Həkimlər S.İbadovun vəziyyətinin ağır olduğunu bildiriblər.
Qeyd edək ki, S. İbadovun intihara cəhd etməsinə səbəb onun anasının 2 gün əvvəl dünyasını dəyişməsi olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/lenkeranda-anasinin-vefat-etmesine-doze-bilmeyen-38-yasli-sexs-intihara-cehd-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR