Мeşə və qeyri-meşə torpaqlarının icarə müddəti artırılıb

Мeşə və qeyri-meşə torpaqlarının icarə müddəti artırılıb
08:52 13 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Nazirlər Kabineti “Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası”na dəyişiklik edib.
"Report"un məlumatına görə, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Qərara əsasən Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası”nın 3-cü hissəsinə dəyişiklik edilib. Belə ki, meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə icarəçiyə müqavilə əsasında artıq bir ildən qırx doqquz ilədək verilə bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/mese-ve-qeyri-mese-torpaqlarinin-icare-muddeti-artirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR