Bakıda 4 avtomobil toqquşdu - FOTO

Bakıda 4 avtomobil toqquşdu - FOTO
09:18 13 May 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda bir neçə avtomobil toqquşub, xəsarət alan var.

Publika.az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Bülbül prospekti ilə hərəkət edən "Lada Priora" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil Bəşir Səfəroğlu ilə küçənin kəsişməsində yol kənarında dayanan "BMW", "Lexus" o cümlədən hərəkətdə olan "Chevrolet" markalı avtomobillərə çırpılıb.

Hadisə nəticəsində "Lada Priora" deformasiyaya uğrayıb, onun sürücüsü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən araşdırma aparılır. (Report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/198609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR