Bakıda 24 yaşlı qıza qarşı dəhşətli cinayət

Bakıda 24 yaşlı qıza qarşı dəhşətli cinayət
09:22 13 May 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 24 yaşlı qıza 16 bıçaq xəsarəti yetirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, Biləcəri qəsəbəsində Saatlı rayon sakini, 1993-cü il təvəllüdlü Əliyeva Aysel Ağakərim qızı naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir. Onun bədəninə 16 bıçaq zərbəsi vurulub.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/544295.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR