Anasının vəfatına dözə bilməyən şəxs özünü öldürmək istədi

Anasının vəfatına dözə bilməyən şəxs özünü öldürmək istədi
09:37 13 May 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran rayonunda intihara cəhd hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 47-də qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü İbadov Seymur Səfər oğlu yaşadığı evdə özünü asaraq intihara cəhd edib. O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdirilib. Həkimlər S.İbadovun vəziyyətinin ağır olduğunu bildiriblər.

Qeyd edək ki, S. İbadovun intihara cəhd etməsinə səbəb onun anasının 2 gün əvvəl dünyasını dəyişməsi olub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/544296.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR