Mingəçevirdə yanğın olub

Mingəçevirdə yanğın qeydə alınıb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 33 m² olan tikilinin yanar konstruksiyaları 7 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR