Alim Qasımov azan oxudu - VİDEO

Alim Qasımov azan oxudu - VİDEO
09:52 13 May 2017
122 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, dünən "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, mərasimdə maraqla qarşılanan səhnələrdən biri də xalq artisti Alim Qasımovun azan oxuması idi.

Qeyd edək ki, sözügedən süjet "İnanc" adı daşıyıb. Xəzər üzərində Ay görünür, əfsanəvi muğam ustası Alim Qasımovun ecazkar səsi minarənin zirvəsindən ətrafa yayılır.

Bu, azan səsidir. Mina həmin sədanın təsiri ilə dini dəyərlərin və tolerantlığın möhtəşəm məkanı olan Heydər Məscidinə yollanır. Əllərində fənər tutan yüzlərlə mömin İslamın qüdrəti ilə buraya gəlir. Onların inanc odları kainatdakı ulduzlar kimi Minanın gözləri qarşısında parlayır və dövr edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Alim Qasımov azan oxudu

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/544316.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR