Bu gün "Eurovision-2017" mahnı müsabiqəsinin finalı keçiriləcək

Bu gün "Eurovision-2017" mahnı müsabiqəsinin finalı keçiriləcək
10:07 13 May 2017
98 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 13 may. REPORT.AZ/ Bu gün Ukrayna paytaxtı Kiyevdə "Eurovision-2017" mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Diana Hacıyeva (DiHaj) "Skeletons" mahnısı ilə 12-ci nömrə altında çıxış edəcək.
Ümumilikdə, bugünkü finalda 26 ölkənin təmsilçisi səhnəyə çıxacaq.
Final Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qalib tamaşaçıların və münsiflər heyətinin verdiyi xallar əsasında müəyyən ediləcək.
Finaldan bir gün öncə bütün finalçılar son məşqlərini ediblər.
Qeyd edək ki, ötənilki müsabiqənin qalibi "1944" adlı mahnı ilə Ukrayna təmsilçisi Camala (Jamala) olub.

Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/bu-gun-eurovision-2017-mahni-musabiqesinin-final-merhelesi-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR