İslamiada çərçivəsində üzgüçülük üzrə yarışlara start verildi

İslamiada çərçivəsində üzgüçülük üzrə yarışlara start verildi
10:15 13 May 2017
67 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Hüseyn Vəliyev - Trend:

Bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində üzgüçülük üzrə yarışlara start verilib.

Trend-in məlumatına görə, üzgüçülük üzrə yarışlarda ölkəmizi qadınlar arasında Fatimə Əlkərimova, İlahə Raciyeva və Alsu Bayramova təmsil edəcəklər.

Kişilər arasında isə ölkəmizi Boris Kirilov, Nikolay Trarov, Dorian Fazekas, Vəli İsrafilov, Dmitriy Saley, Yevgeniy Lazuka və Maksim Şemberyov təmsil edəcəklər.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2753388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR