İslamiada çərçivəsində karate üzrə yarışlara start verildi

İslamiada çərçivəsində karate üzrə yarışlara start verildi
10:17 13 May 2017
47 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində karate üzrə yarışlara start verilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, karate yarışlarında ölkəmizi 6 idmançı təmsil edəcək. Karate yarışları Bakı İdman Zalında keçirilir.

IV İslam Həmrəyliyi Oyunlarında karate üzrə yarışlarda ölkəmizi Nuranə Əliyeva, İlahə Qasımova, Fəridə Abıyeva, Firdovsi Fərzəliyev, Niyazi Əliyev və Rafael Ağayev təmsil edəcək.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544328.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR