Votsapa AĞIR ZƏRBƏ

Votsapa AĞIR ZƏRBƏ
10:23 13 May 2017
Ölkə mətbuatı
A- A+

Votsap sosial danışıq şəbəkəsi İtaliyanın antiinhisar xidməti tərəfindən cərimələnib. Cərimənin məbləği 3 milyon avro olub.

Qərar feysbuk istifadəçilərinin şəxsi məlumatlarının götürülməsi ilə bağlı iki araşdırmanın nəticəsində qəbul edilib.

Ötən ilin oktyabr ayında Məxfi məlumatların qorunmasına nəzarət üzrə Avropa tənzimləyicisi Feysbuk istifadəçilərinin şəxsi məlumatlarının Votsapa ötürülməsi ilə bağlı narahatlığını bildirmiş və bununla bağlı araşdırmalara başlanılmışdı.

Qeyd edək ki, Feysbuk 2016-cı ilin 16 oktyabrında Votsapın alınması ilə bağlı 19 milyard dollarlıq müqavilə imzaladığını açıqlamışdı.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/198612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR