Keçəlliyə və saç ağarmasına son

Keçəlliyə və saç ağarmasına səbəb olan hüceyrələr kəşf edilib. Belə ki, amerikalı elm adamları keçəlliyin və saç ağarmasının çarəsini tapıblar.

Metbuat.az xəbər verir ki, Amerikada yerləşən “Southvestern Sağlamlıq Mərkəzi”nin labaratoriyasında aparılan xərçəng araşdırmaları zamanı saçların tökülməsinə səbəb olan hüceyrələr ilk dəfə aşkar edilib. Araşdırmada saçların uzanmağını təmin edən hüceyrələrlə yanaşı, saçın ağarmasına səbəb olan hüceyrələr də ilk dəfə müəyyən edilib. Amerikalı elm adamları, “Keçəlliyi müalicə edəcəyik” deyə açıqlama verib.

Siçanlar üzərində aparılan təcrübədə “SCF” və “KROX20” adlı proteinlər siçanlardan alındığında saç uzanmasının dayandığı və saçların ağardığı görülüb. Araşdırmanı aparan həkim Lu Le, “Bu icad sayəsində saçın uzanmasını təmin edən hüceyrələrdə gen müalicəsini tətbiq edərək, qlobal problem olan keçəlliyi müalicə edəcəyimizə inanırıq” deyib.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR