Yırtıcı, dördayaqlı "tank" tapıldı - FOTO

Yırtıcı, dördayaqlı "tank" tapıldı - FOTO
10:37 13 May 2017
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

2011-ci ildə Kanadanın Alberta əyalətində aşkarlanan dinozavr qalıqlarının bir neçə hissəsi də tapılıb.

Alimlərin "dördayaqlı, yırtıcı tank" adlandırdıqları bu dinozavrın daşlaşmış qalıqları şaxtada tapılmışdı.

Qalıqları Şon Fank adlı şəxs Alberta əyalətinin şimalındakı Fort MakMürreyin yaxınlığındakı "Sankor Millenium" şaxtasında çalışarkən 2011-ci ilin martın 21-də tapıb.

O vaxtdan bəri paleontoloqlar şaxtada qazıntı işləri aparırdılar. Sonucda 1100 kq ağırlığındakı qalıqlar üzə çıxarılıb.

Milli.Az National Geographic-ə istinadən bildiririr ki, 110 milyon il əvvəl yaşamış bu dinozavrın daşlaşmış parçaları indiyədək paleontoloqların aşkarladıqları ən yaxşı qalmış qalıqlardır.

Dinozavrın boynunda hər biri 52 sm olan iki buynuz vardı. Canlı bu buynuzlar, habelə bədənini örtən sümük zireh vasitəsilə özünü qoruyurdu.

Daşlaşan və çox yaxşı qalan dinozavr dünəndən etibarən Tirell Kral Paleontologiya Muzeyində (Royal Tyrrell Museum of Paleontology) ekskponat qismində nümayiş olunmağa başlayıb.

Bristol Universitetinin professoru, paleobioloq Ceykob Uinterin dediyinə görə, qalıqları sərgiyə hazırlamaq üçün işlər toplam olaraq 7 min saat davam edib.

"Dördayaqlı tank" adlandırılan, akilozavrlar sülaləsinə mənsub olan bu nodozavrın uzunluğu 5 metr, çəkisi isə 1300 kq olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/544297.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR