Azərbaycan karateçiləri İslamiadada dörddəbir finala çıxdı

Azərbaycan karateçiləri İslamiadada dörddəbir finala çıxdı
10:43 13 May 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan karateçiləri bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən karate üzrə yarışlarda dörddəbir finala çıxıblar.

Trend-in məlumatına görə, karate yarışlarında ölkəmizi 6 idmançı təmsil edir. Karate yarışları Bakı İdman Zalında keçirilir.

IV İslam Həmrəyliyi Oyunlarında karate üzrə yarışlarda ölkəmizi Nuranə Əliyeva, İlahə Qasımova, Fəridə Abıyeva, Firdovsi Fərzəliyev, Niyazı Əliyev və Rafael Ağayev təmsil edirlər.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2753417.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR