ARDNF səhmlərə investisiyaları artırır

ARDNF səhmlərə investisiyaları artırır
10:57 13 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) səhm portfelinə investisiyaların məcmu dəyərinin maksimum 25%-ni ayıracaq. 
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin mayın 12-də imzaladığı "ARDNF-in vəsaitindən istifadənin əsas istiqamətləri və investisiya siyasəti" fərmanında qeyd olunub. 
Xatırladaq ki, bundan əvvəlki fərmanda ARDNF məcmu vəsaitlərin maksimum 15%-ni səhm portfelinə yatıra bilərdi. Bununla yanaşı, fərmanda qeyd olunub ki, ARDNF-in məcmu vəsaitinin maksimum 5%-ə qədəri səhmlərə investisiya edən pay fondlarına yatırıla bilər.
Fərmanda yer alan dəyişikliklərdən sonra ARDNF-in borc öhdəlikləri və pul bazarı alətləri portfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark) kimi Britaniya Bankirlər Assosiasiyası tərəfindən müvafiq valyuta (avro istisna olmaqla) üzrə dərc edilmiş 6 aylıq (əvvəlki - 3 aylıq) LIBOR faiz dərəcəsi götürüləcək.
Neft Fondunun borc öhdəlikləri və pul bazarı alətləri portfelinin avroda ifadə olunan aktivlərinin idarə edilməsində hədəf gəlirliliyi (bençmark) kimi 6 aylıq (əvvəlki - 3 aylıq) EURİBOR faiz dərəcəsi götürüləcək.
LIBOR dərəcəsi mövcud olmayan valyutalar üzrə hədəf gəlirliyi kimi maliyyə bazarında banklar arasında 6 aylıq kreditlər üzrə ən geniş yayılmış faiz dərəcələri istifadə edilə bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/ardnf-sehmlere-investisiyalari-artirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR