Bakıda 24 yaşlı qıza qarşı dəhşətli cinayət

Bakıda 24 yaşlı qıza 16 bıçaq xəsarəti yetirilib. Hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, Biləcəri qəsəbəsində Saatlı rayon sakini, 1993-cü il təvəllüdlü Əliyeva Aysel Ağakərim qızı naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir. Onun bədəninə 16 bıçaq zərbəsi vurulub.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.//Report


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR