Neftin ucuzlaşmasına baxmayaraq, ABŞ-da aktiv quyuların sayı artır

Neftin ucuzlaşmasına baxmayaraq, ABŞ-da aktiv quyuların sayı artır
11:12 13 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 may. REPORT.AZ/ ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı aprelin 5-dən aprelin 12-dək 8 ədəd və ya 0,91% artaraq 885-ə çatıb.
"Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 9 ədəd və yaxud 1,28% artaraq 712 ədəd, qaz quyularının sayı 1 ədəd və yaxud 0,58% azalaraq 172 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 1-ə bərabər olub. Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 394 və yaxud 124%, qaz quyularının sayı isə 85 ədəd yaxud 97,7%, ümumilikdə isə neft-qaz quyularının sayı 479 ədəd və yaxud 118% artıb.
Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən ilin mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 2,25 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 55,7% aşağıdır.
"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neftin qiymətinin 45-60 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir. Belə olduğu halda, ABŞ-da aktiv neft quyularının sayında da artım davam edəcək. Bu isə öz növbəsində hasilatın artmasına gətirib çıxaracaq.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/neftin-ucuzlasmasina-baxmayaraq-abs-da-aktiv-quyularin-sayi-artir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR