Azərbaycan cüdoçuları yarımfinala çıxdı

Azərbaycan cüdoçuları yarımfinala çıxdı
11:15 13 May 2017
71 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın iki cüdocusu IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün cüdo üzrə keçirilən yarışlarda yarımfinala çıxıb.

Trend-in məlumatına görə, 52 kq çəki dərəcəsində Azərbaycan cüdoçusu Nəzakət Əzizova Qabon təmsilçisi Ester Korin Evala Bondim ilə qarşılaşıb.

Daha sonra digər Azərbaycan cüdoçusu Xanım Hüseynova 63 kq çəki dərəcəsində Türkmənistan təmsilçisi Ayna Jumakulyeva ilə qarşılaşıb.

Hər iki cüdoçumuz rəqiblərinə qalib gələrək yarımfinala çıxıblar.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2753431.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR