Bu proqram 99 ölkənin başına bəla oldu

“WannaCry” adı ilə tanınan “Fidyə” proqramı Türkiyə daxil olmaqla ən azı 99 ölkənin başına bəla olub.

Metbuat.az xəbər verir ki, “soxulcan” xüsusiyyəti olan bu zərərli proqram sadəcə bir neçə saat içərisində dünyaya yayılıb. İngiltərədə sağlamlıq sistemi çöküb, bəzi xəstəxanalarda əməliyyat həyata keçirmək mümükün olmayıb. Hücumdan qorunmağın yolları var.

“Reuter”ın xəbərinə görə, “WannaCry” sadəcə bir "Fidyə" proqramı deyil, eyni zamanda bir soxulcandır. Yəni kompüterə girdiyinizdə yayılmaq üzrə başqa kompüterlər axtarılır.

“MalwareHunterTeam” internet saytı kiber hücumdan təsirlənən ölkələr arasında Türkiyənin də olduğunu yazıb.

Hücumu təşkil edənlər ümumilllikdə faylları və sistemi daxilə açacaq olan xüsusi açarı vermək üçün kompüterin sahibindən bəlli bir qiymət tələb edir. Cümə günü təşkil olunan hücumlarda istifadəçilərdən açarı vermək üçün virtual pul “bitcoin” ilə 300 dollar dəyərində ödəmə tələb edilib.

Virus qoruma proqramı olan “AVG”-nin araşdırmaçısı Jakub Kroustek hücumdan təsirlənən ölkələrin başında Rusiya, Ukrayna və Tayvanın gəldiyini açıqlayıb.

İngiltərə baş naziri Theresa May məsələ ilə bağlı açıqlamadasında Beynəlxalq Kiber Təhlükəsizlik Mərkəzinin (NCSC) NHS ilə yaxın əməkdaşlıq içərisində olduğunu deyib.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR