Rəcəb Tayyıb Ərdoğan Yunanıstanın baş naziri ilə görüşüb

Rəcəb Tayyıb Ərdoğan Yunanıstanın baş naziri ilə görüşüb
11:27 13 May 2017
105 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 may. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan Yunanıstanın baş naziri Aleksis Tsiprasla görüşüb. 
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş Çinin paytaxtı Pekində "Bir kəmər - bir yol" adlı beynəlxalq forum çərçivəsində baş tutub.
Təqribən bir saat davam edən görüş media üçün qapalı olub. Bəzi məlumatlara görə, R.T.Ərdoğan və A.Tsipras iki ölkə arasında əlaqələrin mövcud durumunu və gələcək inkişaf perespektivlərini müzakirə ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/receb-tayyib-erdogan-yunanistanin-bas-naziri-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR