Aeroport-Zığ dairəsi yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Aeroport-Zığ dairəsi yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
11:37 13 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 may. REPORT.AZ/ Zığ-Hava Limanı avtomagistralında yol-cizgi xətlərinin rənglənməsi ilə əlaqədar Hava Limanından Zığ dairəsi istiqamətində yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. 
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) "Report"a daxil olan məlumatda bildirilib. 
"Avtomagistralın Zığ dairəsindən Hava Limanı istiqamətində olan hissəsində 1-ci zolaqda hərəkət məhdudlaşdırılıb, 2-ci zolaqda isə surət həddi 60 km/saata endirilib. Bununla yanaşı, hazırda avtomagistralın Zığ dairəsindən hava limanı istiqamətində açıq olan hərəkət zolaqları ikitərəfli yol kimi istifadə edilməkdədir. Sürücülərdən xahiş edirik ki, avtomagistraldan istifadə edərkən mövcud dəyişikliyi nəzərə alıb, müəyyən olunmuş surət həddinə də əməl etsinlər", - BNA-nın məlumatında qeyd edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/aeroport-zig-dairesi-yolunda-neqliyyatin-hereketi-mehdudlasdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR