ABŞ-dan Ankaraya qarşı XAİN ADDIM: Türkiyənin düşməninə... - VİDEO

ABŞ-dan Ankaraya qarşı XAİN ADDIM: Türkiyənin düşməninə... - VİDEO
11:38 13 May 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Ankaranın sərt reaksiyasına baxmayaraq Rakka əməliyyatında istifadə etməyi planlaşdırdığı YPG terror qruplaşmasına ağır silahların çatdırılmasına iki həftə sonra başlayacaq.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, son 11 ayda YPG-yə (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı qanadı – red.) silah çatdıran ABŞ rəsmî icazədən sonra ilk ağır silahları mayın 26-dan etibarən bölgəyə çatdıracaq.

ABŞ-ın göndərdiyi bütün hərbi məhsulları təşkilatın içində ingilis dilini təmiz bilən 5 nəfər təhvil alır. İlk 4 TIR istisna olmaqla təşkilata verilən silahların heç biri qeydiyyata alınmayıb.

Türkiyənin təhlükəsizlik mənbələri qeyd edirlər ki, Tramp məlum rəsmi icazə ilə terror təşkilatına indiyə kimi verilen silahlara legitimlik qazandırıb. ABŞ, Almanya, Hollandiya və Fransanın 1,5 ildir 61 TIR ilə PKK/PYD-yə silah çatdırdığını bildirən mənbələr qeyd edir ki, ABŞ Rakka əməliyyatı üçün PYD-yə minaatanlar, istiliklə idarə olunan raketlər, ağır pulemyotlar, ağır avtomatik silahlar, zirehli maşınlar və tanklar göndərəcək.

ABŞ 11 ay ərzində Karaçok dağındakı xətt üzərindən PYD-yə silah çatdırıb. Türkiyə qırıcılarının bu xətti bombardman etməsi ilə ABŞ və PKK son üç həftədir bu xətdən istifadə edə bilmirdi. ABŞ PYD-yə silah çatdırılmasını yenidən başlamaq üçün bölgəyə 11 hərbi məsləhətçi göndərib. ABŞ Derik-Sincar xəttindən istifadə edəcəyi bildirilir.

Suriya Demokratik Güclərinin (Suriya Demokratik Güclərinin əsas hissəsini YPG döyüşçüləri təşkil edir – red.) komandirlərindən olan Rojda Felat ABŞ-ın silah yardımını hələ almadıqlarını deyib. Onun sözlərinə görə, Rakka əməliyyattı yayın əvvəllərində başlanacaq.

Bəzi xəbərlərə görə, silahların ilk partiyası artıq YPG-yə çatdırılıb. Tabka yaxınlığında verilən silahların minaatanlar, pulemyotlar və üzərində minaatanların qoyulacağı iki zirehli avtomobil olduğu bildirilir. İlk silah partiyasında tank və döyüşçülərin daşınmasını təmin edən transportyorların olmadığı deyilir.

Digər tərəfdən, Rusiyanın “Sputnik” agentliyinə danışan bir Suriya Demokratik Güclərinin nümayəndəsi dünən zirehli “Hummer” avtomobilləri, tank və ağır silahları aldıqlarını iddia edib.

“ABŞ prezidenti Donald Trampın bizə ağır silahların verilməsi ilə bağlı qərarından sonra bizə göndərilən zirehli texnika və ağır silahlar axşam çatdı. Ən çox “Hummer” avtomobilləri gəldi. Tanklar, minaatanlar, istiliklə idarə olunan raketlər də gəldi”, - o deyib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR